Bakı. Trend:
Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqıQəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovunanadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Nazirliyinin hərbi qulluqçuları, MilliMüdafiə Universitetinin Bakı Hərbi Kollecinin müəllim və kursantheyəti, veteranlar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəİkinci Dünya müharibəsində həlak olanların, respublikamızınmüstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidolanların əziz xatirəsi dərin ehtiramla yad edilib, Dövlət Himnisəsləndirilib.
Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarıgeneral-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrindəkeçdiyi şanlı döyüş və həyat yolundan geniş danışılıb.
Bildirilib ki, xalqımızın qəhrəman oğlunun Böyük Vətənmüharibəsində keçdiyi şərəfli döyüş yolu heç vaxt unudulmur, əzizxatirəsi ölkəmizdə hörmətlə anılır.
Daha sonra Həzi Aslanov irsinin araşdırmaçısı, Əməkdar incəsənətxadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani HəziAslanovun 115 illik yubileyinə həsr etdiyi “Nəsillərə nümunə”kitabını eksponat olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisiehtiyatda olan polkovnik Elşad Pənahova təqdim edib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzininsolistlərinin ifasında hərbi vətənpərvərlik mahnılarısəsləndirilib.