AZ

SEPAH xarici gəmiləri İran sularına girməyə məcbur etmək istəyir

Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) xəbərdarlıq edib.

"VHF tezliyi ilə gəmilərə radio çağırışı ilə bağlı bir neçə hal qeydə alınıb",- məlumatda deyilir.

UKMTO-nun bəyanatına görə, bu tezliklərin ötürülməsinin böyük ehtimalla SEPAH-ın "Böyük Peyğəmbər 19" adlı geniş təliminin bir hissəsi olduğu təxmin edilir.

Qeyd edək ki, İran ölkə daxilində iki aylıq hərbi təlim keçirir. Bu təlim İsrailin oktyabr ayında Tehranın iki ayrı ballistik raket hücumuna cavab olaraq bir neçə İran hərbi və raket bazasına hücumundan sonra başlayıb.

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr