AZ

İspaniyada Brüssel teraktı ilə əlaqəli şəxs saxlanılıb

Bakı. Trend:

İspaniyada polis 2023-cü ildə Belçikada törədilən terror aktındaiştirak etməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Trend xəbər verirki, bu barədə ölkənin hüquq mühafizə orqanları “X” platformasındaməlumat yayıb.

“Belçikada törədilən terror aktı ilə əlaqəli qaçaq şəxssaxlanılıb. Hadisə 2023-cü ilin oktyabr ayında Brüsseldə baş verib.Həmin vaxt futbol üzrə İsveç və Belçika milli yığmalarınıngörüşündən azca əvvəl terror hücumu həyata keçirilib və nəticədə 2nəfər həlak olub, bir neçə nəfər yaralanıb”,- məlumatda qeydolunur.

İspaniya polisinin məlumatına görə, saxlanılmış şəxs terrorhücumunu həyata keçirmiş şəxsin odlu silah əldə etməsinə köməkolub.

Xatırladaq ki, 2023-cü ildə terrorçu Brüsseldə avtomatdan atəşaçaraq Brüsselə Belçika-İsveç matçını izləməyə gəlmiş iki isveçliazarkeşi qətlə yetirmişdi. Cinayətkar hadisə yerindən qaça bilsədə, 12 saatdan sonra elə az qala həmin məhəllədə yerləşən kafedəaşkarlanıb və elə oradaca zərərsizləşdirilib.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

2Mənbələr