ABŞ Hindistandan fevralın 27-dək Rusiya tankerlərindən nefti boşaltmağı tələb edib.
“AzPolitika” “Reuters”-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın Neft və təbii qaz nazirinin müavini Pankaj Jain məlumat verib.
“ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi bir sıra açıqlamalar verib. Onlar bildiriblər ki, fevralın 27-si son tarixdir” - deyə, Pankaj Jain bildirib.
Onun sözlərinə görə, həmin gün ABŞ-nin “neft xidmətlərinin göstərilməsi” ilə bağlı qoyduğu bəzi məhdudiyyətlər qüvvəyə minir. O, həmçinin qeyd edib ki, maliyyə əməliyyatlarını tamamlamaq üçün Vaşinqton tərəfindən müəyyən edilən son tarix martın 12-dir.
Jain bildirib ki, Hindistan yalnız Qərb ölkələrinin müəyyən etdiyi 60 dollardan aşağı qiymətə və sanksiyaya məruz qalan Rusiya şirkətləri və gəmilərinin iştirakı olmadan satılacağı təqdirdə Rusiya neftini almağa hazırdır.
“AzPolitika.info”