AZ

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və irisahibkarlıq subyektlərinin sayı 5 240, fərdi sahibkarların sayı isə94 799 təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 984 mikro, 197kiçik, 87 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. ŞərqiZəngəzur iqtisadi rayonunda 882 mikro, 51 kiçik, 23 kiçik və 5 irisahibkarlıq subyekti fəaliyyət göstərib.

Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərənfərdi sahibkarların sayı 88 505, Şərqi Zəngəzur iqtisadi rayonundaisə 6 294 olub.

2023-cü ildəki göstəricilərlə müqayisədə Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik,orta və iri sahibkarlıq subyektlərinin sayı 492 ədəd və ya 10,4%,fərdi sahibkarların sayı isə 5 610 ədəd və ya 6,3% artıb.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcudolan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdisahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası NazirlərKabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilətəsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıqsubyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin ortasiyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyənedilib.

Seçilən
33
az.trend.az

1Mənbələr