"Mançester Yunayted" klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Alexandro Qarnaçonun satışına yaşıl işıq yandırıb.
Fanat.Az xəbər verir ki, argentinalı cinah oyunçusunun potensial iki alıcısı var.
Əsas namizədlər “Çelsi” və “Napoli”dir. ESPN-in məlumatına görə, futbolçu özü birinci varianta üstünlük verir.
Qarnaço bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 33 oyun keçirərək 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun bazar dəyəri 50 milyon avrodur.
Mirağa