Yunan qanunvericiləri səsvermənin ilk turunda yeni prezident seçə bilməyiblər.
Bu barədə “Report” "Reuters"ə istinadən xəbər verir.
Namizədlərdən heç biri ölkənin prezident seçilmək üçün tələb olunan 200 səsi qazana bilməyib. Parlament üzvləri dövlət başçısını açıq səsvermə yolu ilə seçirlər.
Məlumata görə, səsvermənin ikinci turu yanvarın 31-nə təyin edilib.
İki turda uğursuzluq olacağı təqdirdə tələb olunan səs çoxluğu əvvəlcə 180-ə, sonra isə 151-ə endiriləcək.
Qeyd edilib ki, dövlət başçısı vəzifəsinə dörd namizəd irəli sürülüb.