"Mançester Siti"nin mərkəz hücumçusu Erlinq Holand "Siti"nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
Fanat.Az xəbər verir ki, "CBS Sports" norveçli ulduz hücumçunun ispan mütəxəssisin iş prinsipi ilə bağlı dediklərini belə çatdırıb:
“Qvardiola ilə bağlı məni qıcıqlandıran, əsəbləşdirən şeylər var. Pep xırda şeylərin böyük həvəskarıdır. Onu bir az bezdirici edən də budur. Eyni şeyi 20 dəfə təkrarlaya bilər. Razılaşmaqdan başqa çarən yoxdur”.
Holand bu mövsüm Premyer Liqada 22 oyun keçirib. 24 yaşlı forvard bu görüşlərdə 17 qola imza atıb.
"Mançester Siti" İngiltərə çempionatının 22 turundan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
Mirağa