AZ

Məsud Bərzanidən PKK-ya çağırış

İraq Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani PKK terror təşkilatının Suriyadan çəkilməli olduğunu bildirib: 

“PKK-nın Suriya kürdlərindən ayrılmasının vaxtıdır. PKK-nın Suriyada olması böyük problemdir”.

“Cebheinfo.az”-ın məlumatına görə, Məsud Bərzani belə deyib.

O, PKK-nın Suriyada varlığının böyük problem olduğunu bildirərək, “Kürdlər də bu ölkədə (Suriya) öz haqlarını, sülh yolu və dialoqla almağa çalışmalıdırlar”, - deyə əlavə edib. 

Ərbildə yerləşən “Şəms TV”-yə açıqlama verən Məsud Bərzani Suriyada baş verən son hadisələri dəyərləndirib: 

“Bu günə qədər Suriyanı idarə edənlərdən eşitdiklərimiz çox yaxşıdır. Lakin onun həyata keçirilməsinin də belə olacağını ümid edirik. Suriyadakı yeni administrasiyanın kürd reallığını anlamasını gözləyirik. Kürdlər də sülh, dialoq yolu ilə bu ölkədə öz hüquqlarını əldə etməyə və problemlərini həll etməyə çalışmalıdırlar”.

“PKK-nın Suriya kürdlərini tərk etmək vaxtıdır. PKK-nın Suriyada olması böyük problemdir”, -deyən Bərzani münasibə vaxtda və fürsətdə PYD terror təşkilatının nəzarətində olan Qamışlıya getmək istədiyini bildirib.

Bərzani həmçinin, İraq Kürd Regional Rəhbərliyində (İKBY) hökumətin qurulması ilə bağlı heç kimə vetolarının olmadığını və kabinetin 2 ay ərzində formalaşa biləcəyini və İraq seçkilərinə qədər təxirə salınmayacağını söyləyib.

Xatırladaq ki, Məsud Bərzani ilə PYD rəhbəri Məzlum Abdi təxminən 10 gün əvvəl Ərbildə görüşüb.

Seçilən
15
cebheinfo.az

1Mənbələr