AZ

Hakan Fidan sabah İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.

News365.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Əbdüllətif Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir.

Məlumata görə, görüşlərdə Türkiyə-İraq əlaqələrinə və terrora qarşı mübarizəyə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.

Seçilən
18
26
news365.az

10Mənbələr