AZ

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Bakı, 25 yanvar, AZƏRTAC

Bütün həyatımı ağırlıqqaldırma idman növünə həsr etmişəm, titullar qazanmışam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında müstəsna xidmətləri olan Əməkdar məşqçi Vaqif Hüseynov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda bu idman növünün yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Əməkdar məşqçi bildirib: “Hər kəs görür ki, ağırlıqqaldırmada uğurlu nəticələr əldə edirik. İdmançılarımız Azərbaycan Bayrağını beynəlxalq arenalarda dalğalandırırlar. Bununla fəxr etməliyik. Gənclər böyük idmançı olmaq istəyirlərsə, hər zaman məşq etməli və nizam-intizamlı olmalıdırlar".

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yanvarın 26-da yekun vurulacaq.

Seçilən
22
azertag.az

1Mənbələr