Səudiyyə Ərəbistanı Rusiyadan 2 milyard dollarlıq silah alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Rusiyanın “Ruselectronics” holdinqi2021-ci il aprelin 8-də Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə5 il müddətinə müqavilə bağlayıb: "Müqavilə çərçivəsində Səudiyyə Ərəbistanı heç bir qanunu pozmur, çünki ölkə Rusiya şirkətlərinə sanksiya tətbiq etməyib".
Lakin ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının fiziki və hüquqi şəxsləri, əgər onlar Rusiya müdafiə şirkətləri ilə iş görməyə davam etsələr, ABŞ-nin sanksiyalarına məruz qala bilərlər.
Müəllif: Qənirə Süleymanova