Biləsuvarda qohumlar arasında bıçaqlanma hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində baş verib.
Belə ki, kənddə sərnişindaşıma ilə məşğul olan mikroaftobusda, Çinarlı kənd sakini 2006-cı il təvəllüdlü Vadər Həmidli bıçaqlanıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin bibisi oğlu, 2001-ci təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, Vadər Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-cü ildə bacısının həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi (Orxan Abdullayevin atası-red.) güllələyərək qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.