AZ

Fərdi sahibkarların ödədiyi sosial haqların məbləği artdı VİDEO

Minimum əməkhaqqının artırılması fərdi sahibkarların ödədiyi sosial haqlara da öz təsirini göstərib.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, fərdi sahibkarların ödədiyi sosial haqlar birbaşa minimum əməkhaqqının məbləği ilə bağlıdır. Minimum əməkhaqqı artırılan zaman onların ödədiyi sosial haqların məbləğində də artım olur.

Bu məsələdə Bakı, Sumqayıt və Gəncə, eləcə də digər şəhərlər, rayonlar və kəndlər üzrə də qruplaşma həyata keçirilir.

Gəncə və Sumqayıtda fəaliyyət göstərən fərdi sahibkarların sosial haqları mimimum əməkhaqqının yarısının 90 faizi məbləğindədir. Eynilə digər yaşayış məntqələrində də sosial haqların məbləği mövcud faiz cədvəlinə uyğun olaraq dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
63
xezerxeber.az

1Mənbələr