2024-cü ildə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 68 min 704 şəxs olub. Bu say 2023-cü illə müqayisədə 3 min 63 şəxs azdır.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ildə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 71 min 767 şəxs təşkil etmişdi.
2024-cü ildə 2023-cü illə müqayisədə xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 682 şəxs artaraq 11 min 288-ə yüksəlib, fiziki şəxslər üzrə isə 3 min 745 şəxs azalaraq 57 min 416 şəxsə düşüb.