AZ

Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı - FOTO

23-24 yanvarın tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
23
7
cebheinfo.az

10Mənbələr