AZ

Qızına 250 milyonluq malikanə verib

Qızına 250 milyonluq malikanə veribTürkiyəli müğənni Ebru Gündeş qızına qoyacağı mirasla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, iri heyvandarlıq obyektləri və çoxlu daşınmaz əmlaka sahib olan müğənninin 14 yaşlı qızı Alaraya qoyacağı sərvət ortaya çıxıb. Ötən ilin fevralında dördüncü dəfə iş adamı Murat Özdemirlə evlənən Gündeş Dubaya köçüb.

Bu yaxınlarda boşanacağı bildirilən müğənni əri ilə birlikdə aylıq kirayəsi 17 min dollar, təxminən 28 min manatdan çox olan lüks malikanə kirayələyib.

Dəyəri milyonlarla ölçülən sərmayələri, heyvandarlıq obyekti və daşınmaz əmlakı olan Gündeşin Kanlıcada malikanəsi də olub. Lakin məşhur sənətçi bu malikanəni qızına verdiyini bildirib.

"Əkiz malikanələr" olaraq tanınan bu evlərin qiymətinin 250 milyon lirə olduğu qeyd edilib. Türkiyəyə yalnız konsertlər üçün gələn Gündeş Acarkentdə 3 mərtəbəli hovuzlu lüks villada qalır.

Qeyd edək ki, Ebru Gündeş hazırda Murat Özdemirlə evlidir. Bu, Ebrunun 4-cü evliliyidir. O daha öncə Reza Zərrabla ailə həyatı qurub və bu evlilikdən onların Alara adlı qızları dünyaya gəlib.

Seçilən
17
4
big.az

7Mənbələr