Salyan rayonunun Şorsulu kəndində yük maşınının çəninin partlaması nəticəsində ata və oğul yanıq xəsarətləri alıblar.
Bizim.Media-nən yerli bürosu xəbər verir ki, hadisə yük maşınında qaynaq işləri aparılarkən baş verib.
İlkin ehtimala görə, ehtiyatsızlıq nəticəsində çən partlayıb.
Nəticədə, 1983-cü il təvəllüdlü Paşa Cabbar oğlu Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü Qismət Paşa oğlu Əlizadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Onlar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlk tibbi yardımdan sonra Q. Əlizadə daha ixtisaslaşmış müalicə üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta