Bakı, 25 yanvar, AZƏRTAC
İspaniya La Liqasında XXI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Atletiko Madrid" evdə "Vilyareal"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Madrid klubunun qoluna Samuel Lino imza atıb. Qonaqlarda isə Cerard Moreno fərqlənib.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Atletiko Madrid" 2-ci pillədə qərarlaşıb. "Vilyareal" isə 34 xalla 5-ci sıradadır.