AZ

La Liqa: "Atletiko" "Real Madrid"ə çata bilmədi

İspaniya La Liqasında 21-ci turun matçları oynanılır.

"Cebheinfo.az" xəbər verir ki, Madrid "Atletiko"su öz meydanında "Vilyareal"ı qəbul edib.

Qonaqlar ilk hissədə hesabı açsalar da, ev sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə nail olublar - 1:1.

Doğma azarkeşləri önündə xal itirən "Atletiko Madrid" lider "Real Madrid"i ötmək şansını əldən verib.

Hazırda Dieqo Simeonenin yetirmələri 45 xalla yarış cədvəlinin 2-cisidirlər. Onlardan bir oyun daha az keçirən "Real" isə 46 xal toplayıb.

"Cebheinfo.az"

Seçilən
25
cebheinfo.az

1Mənbələr