Türkiyə Super Liqasında 21-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun ikinci günündə 3 matç keçirilib.
"Sivasspor" - "Kayserispor" görüşündə qapılara 7, "Alanyaspor" - "Başakşəhər" matçında isə 9 qol vurulub. Hər iki qarşılaşmada meydan sahibləri qələbəyə sevinən tərəf olublar.
Elə "Qalatasaray" da "Konyaspor"u evdə məğlub edib. Ancaq İstanbul nəhəngi rəqibini bir qolla üstələyə bilib. Qol maşını Viktor Osimhen bu dəfə komandasına təkbaşına qələbə qazandırıb.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə Super Liqası
21-ci tur
24 yanvar
Samsunspor - Qaziantep 2:1
Qollar: Marius, 44. Aydoğdu, 83 - Kodro, 47.
25 yanvar
Sivasspor - Kayserispor 5:2
Qollar: Manaj, 5; 90+2. Piri, 10-öz qapısına. Rodriges, 45+1. Bassan, 77 - Nazon, 46. Boa Morte, 90+1.
Alanyaspor - Başakşəhər 5:4
Qollar: Kordoba, 13. Özdemir, 23. Riçard, 80. Auqusto, 82. Haderconay, 90+1 - Deniz Turuc, 20. Pöntek, 29; 90+7. Krespo, 57.
Qalatasaray - Konyaspor 1:0
Qol: Osimhen, 22.
26 yanvar
14:30. Rizəspor - Adana Dəmirspor
17:00. Antalyaspor - Beşiktaş
17:00. Bodrumspor - Eyüpspor
20:00. Fənərbağça - Göztəpə
27 yanvar
21:00. Kasımpaşa - Hatayspor