Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq", - baş nazir bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb.