AZ

MY Qarnaçonu “Napoli”yə satmadı

"Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubla vidalaşıb. 23 yaşlı oyunçu sosial şəbəkə hesabında "təşəkkürlər, "Napoli" sözlərini yazıb.

Onun tezliklə PSJ ilə müqavilə bağlaması gözlənilir. Xatırladaq ki, 2022-ci ildən “Napoli”nin şərəfini qoruyan Kvaratsxeliya bir dəfə İtaliya çempionu olub.

Bu arada "Mançester Yunayted" "Napoli"nin Alexandro Qarnaço üçün təklifini rədd edib. "Qırmızı şeytanlar" argentinalı yarımmüdafiəçi üçün 40 milyon avroluq təklifi geri çevirib. Belədə Neapol klubu diqqətini "Bolonya"da çıxış edən Dan Ndoyeyə yönəldib. Qeyd edək ki, Qarnaço 2022-ci ildə Mançester təmsilçisinin əsas komandasına cəlb olunub.

Bu arada “İpsviç” premyer-liqanın digər təmsilçisi “Aston Villa”dan İngiltərənin U-21 yığmasının üzvü Ceyden Filocini transfer edib. Bu mövsüm çempionatda 11 oyuna çıxan 22 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalanıb. ilocin 2024-cü ilin iyulunda “Aston Villa”ya transfer olunmuşdu. O, İngiltərənin U-21 millisinin heyətində meydana çıxdığı 7 oyunda 3 qol vurub.

Seçilən
13
football-plus.az

1Mənbələr