AZ

Rusiyada mənzildə yanğın: ölənlər var

Rusiyanın Volqoqrad şəhərində mənzildə yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin İstintaq İdarəsindən bildirilib.

Yanğın nəticəsində 3 nəfər həyatını itirib, onlardan biri qadın, ikisi isə uşaqdır. Daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib.

Seçilən
28
1
axar.az

2Mənbələr