Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkəsinin yaxın gələcəkdəəhəmiyyətli dərəcədə genişlənə biləcəyini bildirib.
Trend xəbər verirki, Las-Veqasda çıxışı zamanı Tramp belə bir bəyanatla çıxış edib:"Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə inkişaf edəbilər. Biz tezliklə bir ölkə olaraq böyüyə bilərik," - deyə ovurğulayıb. Lakin bu genişlənmənin hansı yolla həyata keçiriləcəyibarədə əlavə məlumat verməyib.
Tramp daha əvvəl Kanadanın ABŞ-a qoşulması ideyasınıdəstəkləyərək, bu birliyin hərbi və digər üstünlüklər gətirəcəyinibildirmişdi. Kanada rəsmiləri isə bu təklifin mümkün olmadığınıdəfələrlə vurğulayıblar.
Prezident həmçinin Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olmasıfikrini yenidən gündəmə gətirib. Tramp, Danimarkanın Qrenlandiyadanimtina etməyəcəyi təqdirdə, yüksək ticarət rüsumları tətbiqedəcəyini bəyan edib. Xatırladaq ki, Tramp prezidentliyinin ilkdövründə də Qrenlandiyanı almaq təklifi irəli sürmüşdü, lakin həminvaxt da həm Danimarka, həm də Qrenlandiya bu ideyanı rəddetmişdi.