AZ

“Naxçıvan”ı üstələdilər

Azərbaycan Basketbol Liqasının XII turunda NTD “Naxçıvan”ı məğlub edib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən A qrupunun matçında qonaqlar qələbə qazanıb - 95:70.

“Gəncə” də “Quba” üzərində qələbə qazanıb. B qrupunun görüşündə ev sahibləri üstün olub - 96:78.

XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90 hesabı ilə məğlub edib.

Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq.

Seçilən
21
sportinfo.az

1Mənbələr