AZ

ABŞ-da qaçqınlara yardım edən təşkilatlara vəsait ayrılması dayandırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

ABŞ Dövlət Departamenti qaçqınlara ev və iş tapmağa kömək edən təşkilatlara yardım ayrılmasını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Sənəddə qeyd edilir ki, sözügedən sahədə fəaliyyət göstərən qurumlar işi dayandırmalıdır.

Bu qərar ölkəyə qaçqın axınının dayanmasına səbəb olub.

Seçilən
47
4
azertag.az

9Mənbələr