Bakı. Trend:
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının ÇininUhan şəhərindəki laboratoriyadan sızması nəticəsində başladığıehtimalına üstünlük verdiyini bildirib.
Trend xəbər verirki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bir neçəil ərzində MKİ, virusun təbii yolla heyvandan insana keçdiyini vəya laboratoriya sızmasının nəticəsi olduğunu dəqiqləşdirmək üçünyetərincə məlumat əldə etmədiyini açıqlamışdı.
Qəzetin mənbələrinə görə, MKİ-nin mövqeyinin dəyişməsi yenikəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, artıq mövcud olanməlumatların daha diqqətlə öyrənilməsinə əsaslanır.
Bu təhlil ABŞ-ın keçmiş prezidenti Cozef Baydeninadministrasiyası dövründə başlamış və nəticələri MKİ-nin yenidirektoru Con Rətkliffin qərarı ilə açıqlanıb.
Rətkliff, daha əvvəl, Çini COVID-19-un mənşəyini və yayılmaşəraitlərini gizlətdiyinə görə “cəzalandırmağa” və Pekini 2022-ciil Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyəçağırmışdı.