AZ

İlon Mask Almaniyanın ifrat sağçı AfD partiyasının seçki kampaniyasına qoşulub

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask Almaniya üçün AlternativPartiyasının (AfD) seçki kampaniyasına dəstək verib.

Trend-in "Spiegel"qəzetinə istinadla verdiyi məlumata görə, Mask Halle (Saale)şəhərində təşkil olunan AfD mitinqinə videokonfrans vasitəsiləqatılaraq partiyaya dəstəyini ifadə edib.

Eyni zamanda, ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ)sədri Herbert Kikl də tədbir iştirakçılarına videomüraciət edib vəAfD-yə dəstəyini bildirib.

AfD-nin mitinqinə etiraz olaraq Halle şəhərində radikal sağəleyhinə nümayiş keçirilib. Bununla yanaşı, Berlində və Almaniyanındigər böyük şəhərlərində də ifrat sağa qarşı aksiyalar təşkilolunub.

Seçilən
54
7
az.trend.az

3Mənbələr