AZ

Konqonun şərqində 13 sülhməramlı və əcnəbi əsgər həlak olub

Bakı. Trend:

Konqonun şərqində M23 üsyançıları ilə baş verən döyüşlərdə ənazı 13 sülhməramlı və əcnəbi əsgər həyatını itirib.

Trend xəbər verirki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Son həftələrdə M23 hərəkatı əhəmiyyətli ərazi uğurları əldəedərək, təxminən 2 milyon əhalisi olan və təhlükəsizlik vəhumanitar fəaliyyətlərin regional mərkəzi olan Qoma şəhərinimühasirəyə alıb.

BMT Təhlükəsizlik Şurası, Konqonun müraciəti əsasında,zorakılığın artması ilə bağlı təcili iclas keçirib. İclas əvvəlcəbazar ertəsi üçün nəzərdə tutulmuşdu, lakin bazar günü səhərə (Bakıvaxtı ilə saat 11:00-a) keçirilib.

Əvvəlki məlumatlarda isə Konqo ordusu, BMT qüvvələri və CənubiAfrika İnkişaf Birliyi Missiyasının (SAMIDRC) əsgərlərinin köməyiilə M23-ün Qomaya hücumunun dəf edildiyini bildirmişdi.

Konqo, ABŞ və BMT ekspertləri on ildən artıqdır ki, Ruandanı M23hərəkatını dəstəkləməkdə ittiham edirlər. Bu hərəkatın əsasən tutsietnik qrupundan ibarət olduğu bildirilir.

Seçilən
18
5
az.trend.az

3Mənbələr