Cənubi Danimarka Universitetinin (SDU) Molekulyar Təbabət Departamentində aparılan yeni araşdırma insult nəticəsində yaranan sinir toxumalarının zədələnməsi və bunun daimi pozuntulara səbəb olmasına işıq tutur. Danimarka Beyin Bankının nadir toxuma nümunələrindən istifadə edilərək aparılan və “The Journal of Pathology” jurnalında dərc edilən bu tədqiqat, beynin özünübərpa prosesinə dəstək olacaq yeni müalicə üsullarının inkişafına təkan verə bilər.
Publika.az “MedicalXpress” saytına istinadla xəbər verir ki, insult zamanı beynin bir hissəsinə qan axınının kəsilməsi nəticəsində baş verən zədələnmə zamanı beyin sinir liflərini bərpa etmək üçün “miyelin” adlı qoruyucu təbəqəni bərpa etməyə çalışır. Lakin bu təmir prosesi çox vaxt tam uğurlu olmur və nəticədə xəstələr fiziki və zehni funksiyalarını uzunmüddətli olaraq itirə bilirlər.
Araşdırmanın aparıcı müəlliflərindən professor Keyt Lambertsen qeyd edir ki, beynin özünübərpa potensialı mövcuddur: “Biz hüceyrələrə hətta çətin şəraitdə belə funksiyalarını yerinə yetirməyə kömək etməyin yollarını tapmalıyıq”.
Bu çərçivədə tədqiqatçılar iltihablı mühitlərin yenidənqurma prosesinə necə mane olduğunu araşdırmağa yönəliblər. Nəticədə miyelinin bərpasında mühüm rol oynayan xüsusi hüceyrələr müəyyən edilib. Lakin iltihablı şərtlər bu hüceyrələrin effektiv fəaliyyətinə mane olur. Professor L.Lambertsen bildirib ki, Danimarka Beyin Bankından götürülən toxuma nümunələri vasitəsilə tədqiqatçılar beynin müxtəlif sahələrində təmir prosesinin aktivliyini xəritələşdirə biliblər. İmmunohistokimya kimi qabaqcıl texnologiyalardan istifadə edərək zədələnmiş sahələrdə miyelin bərpasında mərkəzi rol oynayan hüceyrələr təhlil olunub. Toxuma nümunələri beynin zərər görən hissələrini üç kateqoriyada araşdırmağa imkan verib:
• İnfarkt nüvəsi – ən çox zədələnmiş sahə,
• Periinfarkt sahəsi – təmir prosesinin aktiv olduğu ətraf toxuma,