Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar.
Apasport.az xəbər verir ki, idmançılar Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.
Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadir Hüseynov gümüş, İbrahin Əliyev (hər ikisi 73 kq) isə bürünc medala sahib çıxıb.
İmran Yusifov (+100 kq) isə gümüş mükafat qazanıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunur.
Bakı birinciliyinə yekun vurulub
Cüdo üzrə Bakı birinciliyi baş tutacaq
Ölkə birinciliyində komanda yarışları baş tutub
Ölkə çempionları bəlli olub
Hidayət Heydərov yenə mükafat qazanıb