Belçikanın Vise şəhərində keçirilən beynəlxalq Belçika Açıq Cüdo turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə kişilər arasında 4 çəki dərəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Murad Muradlı 60 kq çəkidə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kq çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
İmran Yusifov (+100 kq) gümüş medal qazanıb. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, yarış yanvarın 25-də start götürüb.
İdman.biz