Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Samanta Mostinə məktub göndərib.
Viral.az xəbər verir ki məktubda aşağıdakılar qeyd olunub:
“Hörmətli xanım General-Qubernator.
Son Yazılar:
- Prezident Samanta Mostinə məktub GÖNDƏRDİ
- Dünyanın ən qiymətli qanı: Bir litri 15 min DOLLARDIR
- Qubada çay məcrasından çıxdı: Kəndin yolu bağlandı
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.