AZ

İdman bürcü - Astroloji PROQNOZ: 27 yanvar - 2 fevral

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar artıq başlanmış layihələrə diqqət yetirməli və yeni ideyalardan yayınmamalıdırlar. Eyni zamanda, özünü inkişaf etdirməyə daha çox vaxt ayırmaq vacibdir, çünki daxili inkişaf özünəinamın artmasına kömək edəcək. Planlaşdırılmamış xərclərdən qaçmaq üçün maliyyə strategiyanızı nəzərdən keçirmək faydalı olacaq. Həftənin sonunda mütləq qaydada istirahət etmək tövsiyə olunur. Güləş, həndbol, basketbol, atıcılıq, futzal və voleybol idman növlərində uğurlar vəd olunur.

Buğa
Bu həftə Buğalara vaxtını daha diqqətlə planlaşdırmaq, bir sıra işlərini həmkarlarına və ya yaxınlarına həvalə etməkdən çəkinməmək məsləhət görülür. Həftənin birinci yarısında maddi vəziyyətinizi artıqmaqla məşğul olmaq məsləhətdir. Şəxsi əlaqələri gücləndirmək də əlverişli olacaq. Ürəyinizi yaxınlarınıza aça bilərsiniz, onların köməyindən faydalanmalısınız. Avarçəkmə, çövkən, atletika, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əkizlər
Əkizlər həftə ərzində ünsiyyətdə çevik olmalı və yeni iş təkliflərini müzakirə edərkən vacib detalları gözdən qaçırmamalıdırlar. Həftənin ortasında planlarınızı yenidən nəzərdən keçirmək və sizə mane olan şeylərdən əl çəkmək faydalı görünür. Ailə münasibətlərində güzəştə getməyə dəyər. Həftə sonu şəxsi məsələlərdə müdrik qərarlar qəbul etmək üçün intuisiyanızı dinləməyə dəyər. Üzgüçülük, qaçış, atçılıq, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Xərçəng
Xərçənglər bu həftə daha çox əmin-amanlıq istəyəcəklər, lakin iş və ya təhsil xüsusi konsentrasiya tələb edəcək. Sağlam vərdişləri və istirahəti gündəlik iş rejiminə daxil etməklə sağlamlığınızın qeydinə qalmaq vacibdir. Sevdiklərinizi unutmamağınız məsləhətdir. Onlarla birlikdə vaxt keçirmək münasibətlərinizi gücləndirəcək və həftəni müsbət emosiyalarla dolduracaq. Stolüstü tennis, şahmat, futbol, boks, cüdo və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Şirlər üçün hərəkətlərində daha çox ardıcıllıq nümayiş etdirmək və həlledici anda emosiyalara təslim olmamaq faydalı olacaq. Gəlir və xərclər arasında tarazlığı saxlamaqla büdcənizi artıra bilərsiniz. Eyni zamanda, həftə yaradıcı səylər üçün əlverişlidir, ona görə də yeni ideyalarınızdan faydalanmağa dəyər. Dostlarla münasibətlərə diqqət yetirməyə dəyər, çünki onlar sizə lazımi yardımı göstərə biləcəklər. Basketbol, həndbol, hokkey, voleybol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Qız
Qızlar bu həftə planlaşdırdığı işlərə başlasalar, uğur əldə edəcəklər. Həftənin ab-havası əlverişli olacaq. İstənilən layihələrdə gücünüzü sınaya bilərsiniz. Özünüzəinam hissi ilə istəyinizə çata bilərsiniz. Ailə daxilində harmoniyaya diqqət yetirməyiniz və yaxınlarınızla açıq dialoqa üstünlük verməyiniz vacibdir. Futbol, gimnastika, sambo və avarçəkmə, güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Tərəzi
Tərəzilər həftə ərzində qarşı tərəflə ünsiyyətdə ehtiyatlı olmalıdırlar. Karyera yüksəlişi üçün inamla yeni imkanlar axtara bilərsiniz. Bununla bağlı həftənin ortalarına yaxın şanslarınız açılacaq. Maddi durumunzda da yüksəlişlər gözlənilir. Əhval-ruhiyyənizi qorumaq üçün fiziki fəaliyyətə xüsusi diqqət yetirmək məsləhətdir. Minifutbol, basketbol, futzal, güləş, karate və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Əqrəblər şəxsi həyatla iş arasında tarazlığı qorumağın vacibliyini unutmamalıdırlar, əks halda yorğunluqdan əziyyət çəkəcəklər. Həftə uzunmüddətli əməkdaşlığa çevrilə biləcək yeni əlaqələrin inkişafı üçün əlverişli olacaq. Maliyyə əməliyyatlarını diqqətlə təhlil etmək və böyük xərcləri təxirə salmaq vacibdir. Həftənin sonunda sizi köhnə tanışlarınızdan xoş sürpriz gözləyir. Karate, güləş, üzgüçülük, futbol, şahmat və boks idman növlərində bol-bol uğurlar vəd edilir.

Oxatan
Bu həftə Oxatanlar təmkinli olmalıdırlar. Bacardığınız qədər mübahisə və münaqişələrdən uzaq durun. Bununla yanaşı, istirahətinizə də laqeyd qalmamalısınız. Yeni layihələr üzərində işləyərkən düşünərək qərarlar qəbul etməlisiniz. Maliyyə durumunuzda irəliləyişlər qaçılmazdır. Futbol, güləş, karate, üzgüçülük, cüdo və ağırlıqqaldırma ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Həftənin əvvəli Oğlaqlar hadisələrə daha geniş nəzər salmalı və genişmiqyaslı görünə biləcək perspektivlərdən çəkinməməlidirlər. Eyni zamanda, işdə məsuliyyətinizi artırmalısınız. Bu, karyeranızda köklü dəyişikliklərə yol açacaq. Nüfuzlu insanlarla ünsiyyət yeni ideyalara və birgə layihələrə səbəb ola bilər. Maliyyə sıxıntılarını ciddiyə almayın, tədricən yoluna düşəcək. Həftə sonu dincəlməyə vaxt ayırmanız məsləhət görülür. Tennis, cüdo, həndbol, voleybol, basketbol və samboçular üçün yaxşı başlanğıc olacaq.

Dolça
Həftə ərzində Dolçaları parlaq görüşlər və gözlənilməz təkliflər gözləyir. Maliyyə məsələlərində obyektiv qalmaq və tələsik qərarlar verməmək tövsiyə olunur. Şənbə gününə qədər enerji artımınız yüksələck. Bu, çoxdankı arzularınızı yerinə yetirməyə imkan verəcək. İstirahətinizi həftənin ortasına salmağınız daha məqsədəuyğundur. Çünki həftəsonu bir sıra işlərinizi sınaqdan keçirməli olacaqsınız. Velosiped, atıcılıq, qılıncoynatma, güləş, avarçəkmə və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.

Balıqlar
Balıqları bu həftə xüsusi tədbirlərə dəvət gözləyir. Bacardığınız qədər, bunlardan imtina etməyin. Tərəfdaşlar və ya həmkarlarınızla münasibətdə diplomatik jestlərdən istifadə fayda verəcək. Karyeranızda bu görüşlərin müstəsna əhəmiyyətini hiss edəcəksiniz. Sağlamlığınıza laqeyd yanaşmayın. Bazar günü tənhalığa çəkilərək gələcək addımlarınız barədə düşünmək üçün idealdır. Stolüstü tennis, atcılıq, cüdo, karate, voleybol, güləş və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr