AZ

Sevdikləri insana takıntılı olan 4 BÜRC: Bu bürclər sevəndə tam sevirlər

Astrologiyaya görə, bəzi bürclər sevgi mövzusunda həddindən artıq həssas və tutqulu davranırlar. Onlar üçün sevgi adi bir hiss deyil; həyatlarının mərkəzi ola biləcək qədər güclü bağlar qururlar. Lakin bu dərindən bağlılıq bəzən obsesif və idarəçi davranışlara səbəb ola bilər. Aşiq olduqlarında hisslərinə hakim olmaqda çətinlik çəkən və sevginin əsiri halına gələn bu bürclər aşağıdakılardır:

ƏQRƏB BÜRCÜ

Əqrəblər sevgi hisslərini ən dərin və intensiv şəkildə yaşayan bürclərdəndir. Aşiq olduqlarında sevdiklərinə tamamilə bağlanır və həyatlarının mərkəzinə yerləşdirirlər. Sadiqlik və ehtiras onların sevgi anlayışının təməl daşlarıdır. Lakin bu güclü bağlılıq bəzən qısqanclıq və həddindən artıq idarəçi davranışlarla nəticələnə bilər. Əqrəblər, sevdiklərini itirmək qorxusu ilə obsesif davranışlar sərgiləyə bilərlər.

BUĞA BÜRCÜ

Buğa bürcləri sevgiyə və münasibətlərə böyük dəyər verir. Onlar aşiq olduqda sevdiklərinə qarşı sahibkar bir yanaşma nümayiş etdirir və təhlükəsizlik axtarışında partnerlərinin hər addımını izləmək istəyə bilərlər. Buğaların ehtirasları bəzən inadkarlıqla qarışaraq onları idarəçi və obsesif bir şəxsiyyətə çevirə bilər.

XƏRÇƏNG BÜRCÜ

Xərçənglər dərin duyğuları və qoruyucu xasiyyətləri ilə tanınır. Aşiq olduqlarında partnyorlarını həyatlarının bir parçası kimi görür və güclü emosional bağlar qururlar. Bu duyğular bəzən həddindən artıq bağlılıq və asılılıq yarada bilər. Xərçənglər sevdiklərini itirmək qorxusu ilə obsesif davranışlar göstərə bilər və daim diqqət tələb edə bilərlər.

BALIQ BÜRCÜ

Balıqlar sevgi mövzusunda romantik və idealist yanaşmaları ilə seçilir. Onlar sevdiklərinə qarşı dərin bağlılıq hissi ilə yanaşır və bəzən bu sevgini saplantıya çevirə bilirlər. Balıqlar, partnyorlarını xəyali dünyalarında mükəmməl bir yerə oturdaraq həyatlarını onlara həsr etmək istəyə bilərlər.

Vüsal Orucov

Seçilən
20
5
bakuinfo.net

10Mənbələr