Kanadaya ABŞ-ın 51-ci ştatı olmağı təklif edən Donald Tramp yenidən bu ölkədən danışıb.
Axar.az xəbər verir ki, Tramp Kanadanın tamamilə ABŞ-dan asılı olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ Kanadada hər il 250 milyard dollar itirir:
“Mən bunu bir gündə dayandıra bilərdim və Kanada müstəqil bir ölkə kimi mövcud olmazdı. Kanada illərdir ABŞ-ı öz xeyirinə istifadə edir. Biz artıq bunun baş verməsinə icazə verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də indi mövcud deyildi”.