AZ

Əri ölən müğənni 60 min dollara kişilərlə görüşürmüş - FOTO

Rusiyalı tanınmış müğənni Anna Sedokova yenidən medianın diqqət mərkəzindədir. Keçmiş həyat yoldaşının faciəvi ölümü ilə bağlı qalmaqal səngiməmiş, onun haqqında yeni iddialar ortaya çıxıb.

"Bakuinfo" Oxu.az-a istinadən verdiyi xəbərə görə, iş xanımı Kseniya Merts "Pust qovoryat" şousunda Anna Sedokovanın pulla kişilərlə görüşdüyünü iddia edib. O bildirib ki, müğənninin ərlərindən biri ilk görüş üçün 60 min dollar ödəyib. Lakin həmin şəxsin kimliyi açıqlanmayıb.

Merts Sedokovanın pula olan sevgisini vurğulasa da, onun keçmiş əri Yanis Timmanın faciəsində günahkar olduğuna inanmadığını qeyd edib.

Yanis Timmanın faciəsi

Xatırladaq ki, dekabrın 17-də Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timma Moskvada öz həyatına son qoyub. Onun telefon ekranında "Annaya zəng edin" mesajı yazılmışdı. Basketbolçu əvvəlcədən Sedokovanı şantaj edərək, ona qayıtmasa özünü öldürəcəyini bildirmişdi. O, hətta sosial şəbəkədə öz ölüm tarixini qeyd etmişdi.

Faciədən sonra Anna Sedokovanın səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Seçilən
36
1
bakuinfo.net

2Mənbələr