AZ

Juninyo "Flamenqo"da debüt edib

Bakı, 26 yanvar, AZƏRTAC

"Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo debüt oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı hücumçu "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə keçirilən matçda meydana olub. O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə daxil olub.

Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
20
10
azertag.az

10Mənbələr