AZ

"Paşinyan mühasirəyə alınıb, öz günahıdır" - Belarus prezidenti

"Ermənistan Avropa İttifaqı ilə oynamağa başlayıb. Çox təhlükəli oyundu. Onu sakitləşdirin. O, Ermənistanı məhv edəcək. O, həm də Rusiyanı özünə qarşı qoyur. O mühasirəyə alınıb"

Teleqraf.com BELTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb. "Onlar məndən inciyirlər, çünki mən Azərbaycanı dəstəkləmişəm. Mən həmişə sağlam düşüncənin tərəfdarı olmuşam, müharibənin olmaması, bir-birimizlə vuruşmamağımız tərəfdarı olmuşam".

Prezident xatırladıb ki, o, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında faktiki olaraq vasitəçilik funksiyasını yerinə yetirib, ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışıb.

"Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahı var", - prezident vurğulayıb.


Müəllif: Pərvin Cəfərova
Seçilən
23
13
teleqraf.com

10Mənbələr