Masallıda növbəti şəhidlər bulağı istifadəyə verilib
Masallı rayonunda növbəti şəhidlər bulağı istifadəyə verilib.
Tüklə ərazisinin Məmmədoba kəndində inşa edilən abidə kompleksi kənd xeyriyyəçilərinin dəstəyi ilə həyata keçirilib.
“Məmmədoba şəhidlər bulağı” Tüklə və Məmmədoba şəhidlərinin, eləcə də İkinci Dünya müharibəsində həlak olan və iştirak edən kənd sakinlərinin adlarını əbədiləşdirmək məqsədilə tikilib.
Akif AĞAYEV