Araşdırma zamanı əsas günahkarların Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyev olduğu da bilinib. Bəs qarşıdakı günlərdə bununla bağlı cəzaların açıqlanması gözlənilirmi? Bu sualı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladıq:
“Xeyr, araşdırma protokollarının heç biri bizə gəlməyib. Hüquq-mühafizə orqanları öz işini görür. Kimdə problem olarsa, onlar haqda məlumat bizə göndəriləcək. Hələlik heç nə göndərilməyib və heç bir cəza qərarı verilməyib”.
ƏSƏD SEYİDOV