“Yuventus”un baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 22-ci turunda “Yuventus”a qarşı keçirdikləri ev oyununu şərh edib.
Arena.az xatırladır ki, Neapol təmsilçisi bu oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Matçdan sonra baş tutan mətbuat konfransında italyan mütəxəss bunları söyləyib:
“Bu, hələ məğlub olmamış komandaya qarşı əla bir oyun idi. İşimiz öz bəhrəsini verir, biz razı olmalıyıq.
“Atalanta” və “Yuventus” üzərində qələbələr bizə, özümüzə hörmət və inam hisslərini bəxş etdi. Mən həmişə komandama heç vaxt ağlaşma qurmamağı və şikayət etməməyi tövsiyə etmişəm. İnsanlar məndən soruşurlar ki, komandada əskik olan nədir, amma lider nəyə sahib olduğunu və əlində olanı necə təkmilləşdirməyi haqda düşünür.
Ötən il “Napoli” “İnter”, “Yuventus” və digərlərindən xeyli geridə qalmışdı. Bu gün isə biz liderik”, deyə Antonio Konte məmnunluqla bildirib.
Əlavə edək ki, “eşşəkcilər” “Yuventus”a cari mövsüm İtaliya A Seriyasında ilk məğlubiyyət acısı yaşadıblar.
22 oyundan 53 xalla “Napoli” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. Bununlar belə, “eşşəkciklər” şərti lider mövqeyində qərarlaşıblar. Belə ki, 20 oyundan 47 xalla “İnter” mümkün liderliyə iddialıdır. “Yuventus” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.