AZ

Qabriel Attalın bəyanatları Fransanın Cənubi Qafqazda birtərəfli və qərəzli yanaşmasını bir daha üzə çıxarır – Deputat

Bakı. Trend:

Fransa hökumətinin son dövrlərdə Azərbaycana qarşı irəli sürdüyüittihamlar, xüsusilə keçmiş Baş nazir Qabriel Attalın Bakı TəşəbbüsQrupunun Yeni Kaledoniyadakı tədbirinə dair bəyanatları FransanınCənubi Qafqazda birtərəfli və qərəzli yanaşmasını bir daha üzəçıxarır. Onun Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamiləəsassız qarayaxma kampaniyasıdır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili bildirib ki, Fransanın keçmiş Baş naziri QabrielAttalın Azərbaycana qarşı səsləndirdiyi əsassız fikirlər əslindəölkəmizin qlobal səviyyədə ədalətə çağırışlarının qarşısını almağayönələn bir cəhddir.

“Fransa özünün müstəmləkəçi keçmişindən dərs çıxarmaq əvəzinədünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxiləsiyasətini davam etdirir. Yeni Kaledoniyada insanlara qarşızorakılıqlar, insanların azadlıq çağırışlarının susdurulması bununbariz nümunələridir. Attalın bu ittihamları Fransanın müstəmləkəsiyasətindən qalan ziddiyətləri gizlətmək üçün siyasimanevrdir.

Fransanın Bakı Təşəbbüs Qrupupunu daxili işlərə müdaxilə etməkdəittiham etməsi absurddur. Bu qrup beynəlxalq hüququn təməlprinsipləri olan söz azadlığı və ədalətin qorunması məqsədini güdənbir QHT-dir. Fransanın Bakı Təşəbbüs Qrupunu ittiham etməsi onunhəqiqi məqsədlərinin və qərəzli siyasətinin sübutudur. BakıTəşəbbüs Qrupu yalnız haqq səsinin dünyaya çatdırılmasını təminedir və heç bir dövlətin siyasətinə müdaxilə niyyətində deyil. BakıTəşəbbüs Qrupunun fəaliyyəti yalnız Fransanı hədəf almaqdan ibarətdeyil, ümümiyyətlə, dünyada müstəmləkiçilik siyasətini davametdirən bütün ölkələrin iç üzünü ifşa etməkdən ibarətdir.

Fransa “demokratik prinsiplər” adı altında işğalda saxladığıərazilərdə heç bir dəyərlərə hörmət etməməsi və insanları qətləyetirməsi, həbs etməsi insanların hüquqlarını tapdalamaq və özmaraqlarını təmin etmək məqsədi güdür.

Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün birçox platformalarda konstruktiv mövqedə dayanır. Ölkəmiz hər zamanbeynəlxalq ədalətsizlik, beynəlxalq hüququn pozulması vəbəşəriyyəti narahat edən digər məsələlərdə öz haqq səsini dünyayaçatdırıb.

Fransanın müstəmləkəçilik siyasəti beynəlxalq səviyyədəqınanmalı və tamamilə ləğv edilməlidir. Xalqların azadlıq hüquqununmüdafiəsi üçün beynəlxalq ictimaiyyət bu siyasətə qarşı qəti mövqesərgiləməlidir. Bu yalnız tarixi ədalətin bərpası deyil, həm dədünya miqyasında sülh və bərabərlik prinsipinin təmin edilməsi üçünvacib addımdır.

Fransa qərəzli yanaşmasını tərk edərək beynəlxalq hüququnprinsiplərinə uyğun fəaliyyət göstərməlidir. Azərbaycan beynəlxalqplatformalarda öz həqiqətlərini çatdırmağa və Fransa kimi ölkələrinikili standartlarını ifşa edərək ədalət uğrunda mübarizəsinə davamedəcək”, - deyə deputat qeyd edib.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr