“Mançester Siti”nin qapıçısı Ederson İngiltərə çempionatının XXIII turunda “Çelsi” ilə matçda məhsuldar ötürməyə imza atıb.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiper görüşün 68-ci dəqiqəsində Erlinq Halandın “şəhərlilər”i önə keçirdiyi qolun ötürməsini edib.
Qapıçı indiyə qədər Premyer Liqada 5 məhsuldar ötürmə edib ki, bu da keçmiş “Tottenhem” qolkiperi Pol Robinsonla birlikdə turnir tarixində qapıçılar arasında ən yaxşı göstəricidir.
Qeyd edək ki, “Mançester Siti” – “Çelsi” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
“Səbail”dən qələbə, “Sabah”dan heç-heçə - video
Vasili Berezutski: “Çalışmağa davam edəcəyik”
Vaqif Cavadov: “Qələbə qazanmaq istəyirdik”
Masazırda hesab açılmadı - YENİLƏNİB
Rafael Məhərrəmli: “Gələcək oyunlarda bundan da yaxşı olacağıq”