AZ

HƏMAS Ərbel Yehudun İsrailə qaytarılmasına zəmanət verir

Fələstinin HƏMAS hərəkatı vasitəçilərə İsrail hakimiyyətinin azad edilməsində israr etdiyi girov Ərbel Yehudun sağ olduğunu və vətəninə qayıdacağı barədə məlumat verib.

“İki sahil” xəbər verir ki, hərəkatın Telegram kanalında qeyd edilib: “İsrail Ərbel Yehudun taleyi haqqında heç nə bilmədiyi bəhanəsi ilə saziş üzrə öhdəliklərini gecikdirir, baxmayaraq ki, Həmas onun (Ərbel Yehudun) sağ olduğunu vasitəçilərə çatdırıb və onun azadlığa buraxılacağına dair bütün lazımi zəmanətləri verib”.

Şənbə günü İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstin radikallarının girovu olaraq qalan Yehudun azad edilməsi ilə bağlı vəziyyət düzələnə qədər mülki şəxslərin Qəzza zolağının şimalına qayıtmasına icazə verməyəcəyini açıqlayıb.

Buna cavab olaraq HƏMAS, Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, qızı bir həftə ərzində, fevralın 1-də azad edəcəyinə söz verib. Kanalın mənbəsinin bildirdiyinə görə, hazırda HƏMAS-ın müttəfiqi olan İslami Cihad qruplaşmasının hərbi qanadı olan Saraya əl-Qudsun döyüşçüləri tərəfindən saxlanılır. Eyni zamanda, radikallar Arbel Yehudu hərbçi qadın hesab edirlər. Buna səbəb A.Yehudun vaxtilə İsrail ordusunun kosmik proqramının bir hissəsi kimi təlim keçməsidir. Buna görə də onun azadlığa buraxılmasını israrla tələb edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr