AZ

Türkiyənin Bolu kurortunda baş verən yanğından sonra 15 nəfər həbs edilib

Türkiyənin Bolu xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində 15 nəfər həbs edilib.

Bu barədə “Sabah” yazır.

“Həbsxanaya göndərilən şübhəlilərin sayı artaraq 15-ə çatıb”, – jurnalistlər yazır.

Bundan əvvəl Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı 7 nəfərin saxlanılması barədə məlumat yayılmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən Grand Kartal otelində baş verən yanğına görə məsuliyyət daşıyanların hamısını cəzalandıracağına söz verib.

DOĞRU.AZ

Seçilən
28
23
dogru.az

10Mənbələr