AZ

Oryol vilayətində raket təhlükəsi elan edildi

Oryol vilayətində raket təhlükəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün teleqram kanalında məlumat verib.

“Evdəsinizsə, pəncərələri olmayan və möhkəm divarları olan otaqlara sığının: koridorda, hamamda, kilerdə. Əgər çöldəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - deyə rayon rəhbəri yazıb.

Yanvarın 26-na keçən gecə Lipetsk vilayətində hava xəbərdarlığı rejimi tətbiq edilib.

Yanvarın 24-nə keçən gecə Rusiya ilin əvvəlindən bəri ən böyük dron hücumuna məruz qalıb.


Müəllif: Pərvin Cəfərova
Seçilən
3
teleqraf.com

1Mənbələr