Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan"la oyun "Neftçi"nin qapıçısı Emil Balayev üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 100-cü matçına çıxıb.
Azərbaycan millisinin üzvü daha əvvəl Premyer Liqada "Səbail", "Qarabağ" və "Zirə"nin də formasını geyinib.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Neftçi" qarşılaşmasında ikinci hissə oynanılır və hazırda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirlər.