AZ

Mənzurənin əməliyyatı uğursuz alındı

Müğənni Mənzurə Musayeva plastik əməliyyatının uğursuz alındığını etiraf edib.

Yenisabah.az xəbər verir ki, ifaçı bu haqda "El canlı" verilişində danışıb.

O bildirib ki, üzgərmə etdirib, amma bəyənməyib:

"Dəyişiklik görmədim. Düzdür, təbiiliyim yerindədir, pis günə qalmayıb. Amma buxaq hissəm yox idi, yaranıb. 6 ay tamam olandan sonra həkimin yanına gedəcəyəm, görüm nə olacaq. Deyib, 6 ay məni narahat etmə. 7 saat narkozda qalmışam. Belə nəticə olacaqdısa, heç girməzdim. Özü də pulunu ödədim". 


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr